<

İranda PARTLAYIŞ: 3 bina dağıldı, qurbanlar var - FOTO/VİDEO

11:57 - 13 Yanvar 2023

İranda PARTLAYIŞ: 3 bina dağıldı, qurbanlar var - FOTO/VİDEO

İranın Qərbi Azərbaycan əyalətində evdə partlayış baş verib. Nəticədə ev tamamilə dağılıb, yaxınlıqdakı iki yaşayış binasına isə 70 faiz zərər dəyib.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ikisi uşaq, ikisi də qadın olmaqla ümumilikdə altı nəfər həlak olub. Onların hamısının bir ailənin üzvü olduğu deyilir.

Daha üç nəfər isə yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

Qəzanın əsas səbəbi hələlik məlum deyil, araşdırma aparılır, lakin ekspertlərin fikrincə, binanın dağılma şəraiti bunun qaz partlayışı olduğunu göstərir.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin