<

"Bu gün hələ də qanunsuz balıq ovu faktları var" - Xidmət rəisi

10:59 - 13 Yanvar 2023

"Təəssüf ki, bu gün hələ də qanunsuz balıq ovu faktları var. Lakin aparılan reydlərin nəticələrinə baxdıqda bu kimi halların azaldığını müşahidə edirik".

 

Manset.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

Xidmət rəisi qeyd edib ki, bu ilin ilk günlərində qanunsuz ovçuluqla əlaqədar 4 fakt, qanunsuz balıq ovu ilə bağlı isə 3 fakt aşkarlanıb: "qanun oizucuları barəsində cərimə tədbiq olunub. Həmçinin ötən ilin son ayı və bu ilin ilk həftəsində 5 min metrə qədər sintetik tor müsadirə olunub".


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin