Meral Akşener xəstəxanaya yerləşdirildi

00:11 - 13 Yanvar 2023

Meral Akşener xəstəxanaya yerləşdirildi

Türkiyənin “İyi” Partiyanın sədri, tanımış qadın siyasətçi  Meral Akşener xəstəxanaya yerləşdirilib.

 

Manset.az Hurriyet-ə istinadən xəbər verir ki, bu barədə partiyanın sözçüsü Hürşad Zorlu məlumat verib.

O qeyd edib ki, Meral Akşener ürək ritminin pozulması (aritmiya) diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Həkimlər siyasətçiyə gecəni xəstəxanada qalmağı məsləhət görüblər.

Sədrimiz Ankara Xəstəxanasındadır. Şükürlər olsun ki, aparılan müayinələr nəticəsində onun ürəyində heç bir problem aşkarlanmadı. Sabah Meral Akşenerin evə buraxılması planlaşdırılır”, - deyə Hürşad Zorlu vurğulayıb.


Xəbər xətti

24 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin