<

Ukraynada körpələrə “Bayraktar” adı verdilər

23:32 - 12 Yanvar 2023

Ukraynada körpələrə  “Bayraktar” adı verdilər

Rusiya ilə Ukrayna arasında davam edən müharibədə istifadə edilən və dünya tərəfindən bəyənilən S/UAV sisteminin istehsalçısı Baykar Bayraktarın populyarlığı 2022-ci ildə zirvəyə çatdı. O qədər ki, Bayraktar ölkədə yeni doğulan körpələrə verilən ən qeyri-adi və məşhur körpə adları arasındadır.

 

Bu barədə Manset.az Türkiyə mediasına istinadən xəbər verir .

Ukraynada insanların türk SİHA-larını çox sevdiyini və tanıdığını bildirən Krım Tatar Milli Məclisinin deputatı və KTMM Media şöbəsinin müdiri Dos. Dr. Qayana Yüksel bildirib ki, Ukraynada uşaqlara “Bayraktar” adı verilir.

Təkcə Ukraynanın Vinnitsya vilayətində 2022-ci ildə 10 min 84 uşaq dünyaya gələndə ailələrin körpələrinə qoyduğu qeyri-adi və məşhur adlar ictimaiyyətlə paylaşılıb.

Bayraktar döyüşdən sonra paylaşılan görüntüdə ən çox istifadə edilən adlar arasında olub.

Ölkədə ailələr tərəfindən körpələrə verilən “qeyri-adi və məşhur adlar” arasında Jan Javelin, Artur Bayraktar, Bayraktar, Həbib, Sultan və İskəndər oğlanlarda, Adelina Javelina, Aysel, Athena və Lolita qızlarda daha çox olub.

Davud


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin