<

Stokholmdakı qalmaqaldan sonra İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb

22:34 - 12 Yanvar 2023

Stokholmdakı qalmaqaldan sonra İsveç səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb


İsveçin paytaxtı Stokholmda terror təşkilatı YPG/PKK tərəfdarlarının prezident Ərdoğanın maketini ayağından asmasından sonra Türkiyə hərəkətə keçib. İsveçin Ankaradakı səfiri Staffan Herrström Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsveçin paytaxtı Stokholmda tarixi meriya binası qarşısında toplaşan bir qrup terrorçu tərəfdarı binanın qarşısındakı dirəkdən prezident Rəcəb Tayyib Ərdoğana bənzədilmiş kukla asıb. Bu anın görüntülərini terror təşkilatı PKK/YPG ilə əlaqəli sosial media hesablarında paylaşan qrup türkcə altyazılarla Türkiyəni və prezident Ərdoğanı hədəfə alaraq təhdidlər edib.

Nazirlikdən verilən açıqlamada bildirilib ki, “PKK/PYD/YPG tərəfdarlarının yanvarın 11-də Stokholmda həyata keçirdikləri terror təbliğatı ilə bağlı İsveçin Ankaradakı səfiri nazirliyimizə çağırılıb və prezidentimizi hədəfə alması ilə bağlı münasibətimiz ifadə olunub.

Davud


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin