<

TRT Xankəndi yolundakı aksiyadan reportaj hazırladı - VİDEO

22:13 - 12 Yanvar 2023

TRT Xankəndi yolundakı aksiyadan reportaj hazırladı - VİDEO

Türkiyənin “TRT World” telekanalı Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ilə bağlı reportaj hazırlayıb.

 

Manset.az xəbər verir ki, telekanalın mitinq yerində olan müxbiri xəbər verir ki, aksiya iştirakçıları pankartlar tutaraq və şüarlar səsləndirərək, Azərbaycanın azad edilmiş ərazilərində təbiəti qorumağa, yataqların ətraf mühitə ziyanlı və qanunsuz istismarına son qoymağa çağırırlar.

Müxbir vurğulayıb ki, aksiyaya baxmayaraq, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının avtomobilləri Laçın yolu ilə dəfələrlə maneəsiz hərəkət edib.


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin