"Sizə qulaq asdıqca adamı dəhşət bürüyür" - Spikerdən deputatlara İRAD
27 Noyabr 2024
21:53 - 12 Yanvar 2023
Yevlax rayon Aran Bələdiyyəsinin sabiq sədri Qəşəm Əkbərovun qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Yevlax rayon prokurorluğundan Manset.az-a verilən məlumata görə, istintaqın gedişində Qəşəm Əkbərovun vəzifədə olduğu 2013-2020-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui istifadə edərək 135 min 246 manat məbləğində bələdiyyə əmlakını mənimsəməsi, habelə bələdiyyənin hüquq və qanuni mənafelərini əhəmiyyətli dərəcədə pozmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Qəşəm Əkbərova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib. Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin