<

Güclü küləyin təsirindən magistral yolda yaranan problem aradan qaldırıldı - VİDEO

17:07 - 12 Yanvar 2023

Güclü küləyin təsirindən magistral yolda yaranan problem aradan qaldırıldı - VİDEO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində (92-95 km, Bakı şəhəri istiqamətində) gecə saatlarında başlayan güclü külək nəticəsində yolun hərəkət hissəsi tamamilə qar ilə örtülüb. Qısa müddət ərzində küləyin təsirindən hərəkət tam olaraq məhdudlaşıb.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat daxil olan kimi dərhal əraziyə xüsusi təyinatlı texnikalar cəlb olunaraq yolun qardan təmizlənməsinə start verilib. Çətin hava şəraitinə baxmayaraq yol qısa müddət ərzində qardan təmizlənib və avtonəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Güclü külək gecədən səhər saatlarınadək davam etdiyi üçün ərazi boyunca xüsusi təyinatlı texnikaların köməyi ilə yolun hərəkət hissəsinin təmizlənməsi istiqamətində işlər faziləsiz olaraq aparılıb. Gecə boyunca və səhər saatlarında görülmüş tədbirlər nəticəsində yol boyu hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

Hazırda ərazi agentliyin əməkdaşları tərəfindən nəzarət altında saxlanılır. Hər-hansı problem yarandıqda qısa müddət ərzində onun həlli istiqamətində müvafiq addımlar atılacaq. 


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin