<

İran İsveç səfirini XİN-ə çağırdı

16:59 - 12 Yanvar 2023

İran İsveç səfirini XİN-ə çağırdı

İran bəzi Avropa ölkələrinin “müdaxiləçi bəyanatlarına” cavab olaraq, Avropa Şurasının müvəqqəti prezidenti olan İsveçin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İran Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Avropa Şurasının müvəqqəti sədri, İsveçin Tehrandakı səfiri Mattias Lentzin nazirliyə çağırıldığı və bəzi Avropa rəsmilərinin “İranın daxili işlərinə qarışmasının” pisləndiyi bildirilib:

“Ölkələrin daxili işlərinə qarışmaq bütün beynəlxalq qayda və qaydalara ziddir və İran, heç vaxt onun daxili işlərinə qarışılmasına dözməyəcək”.

Bəyanatda nazirliyə çağırılan Lentzdən İranın etiraz notasını Avropa tərəflərinə çatdırmasının istəndiyi, İsveç səfirinin Tehranın etirazını Brüsselə əks etdirəcəyi barədə məlumat verdiyi bildirilib.

Manşet.az


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin