<

Qarlı hava meşə əkinlərinə müsbət təsir göstərdi

16:51 - 12 Yanvar 2023

Qarlı hava meşə əkinlərinə müsbət təsir göstərdi

Son günlər ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti yeni əkilmiş meşə əkinlərinə və səpinlərinə öz müsbət təsirini göstərib. Belə ki, bu yağıntılar bölgələrdə, xüsusilə dəmyə şəraitində əkilmiş meşə əkinlərinin kifayət qədər sulanmasına səbəb olub.

 

Bunu Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Manset.az-a bildirib.

Mütəxəssisin sözlərinə görə, yağan qar təbii örtük olaraq yeni əkilmiş ağac tinglərinin kök sistemlərini şaxtalı havanın təsirindən qoruyur və ağacların yaz aylarında başlayacaq bioloji inkişaf dövrü üçün ehtiyat su mənbəyini təşkil edir.

“Qış aylarının yağıntılı keçməsi ilin digər mövsümlərində də bitkilərin normal inkişafı üçün kifayət qədər su ehtiyatının toplanmasını təmin edən ən vacib amillərdən biridir”.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin