Kremlin sözçüsü Peskov Rusiya Baş Qərargah rəisi Gerasimovun Ukraynadakı qoşunların rəhbəri təyin edilməsi ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Peskov, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı qoşunların başçısı təyin edilməsi ilə bağlı hədəflərin dəyişmədiyini bildirib:
“Ali Baş Komandan yeni hədəflərdən bəhs etməyib. Əvvəlki bütün hədəflər gündəmdə qalır. Əlbəttə, Donetsk və Luqansk da Rusiyanın bölgələridir, onların azad edilməsi lazımdır”.
Manşet.az