<

Qazi Zamir Osmanovun koronavirusdan ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

15:29 - 12 Yanvar 2023

Qazi Zamir Osmanovun koronavirusdan ölməsi ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Qazi Osmanov Zamir Şakir oğlu 05.01.2023-cü il tarixində Sabunçu Tibb Mərkəzindən Kliniki Tibbi Mərkəzə decubitus xorası ağırlaşması səbəbilə köçürülüb.

 

Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, qazinin 06.01.2023-cü il tarixində vəziyyəti ağırlaşıb və sepsis diaqnozu ilə süni tənəffüs aparatına qoşulub: 

"07.01.2023-cü il tarixində “YAŞAT” Fondunun dəstəyi ilə özəl tibb müəssisəsinə təxliyyə olunub. Sözügedən qazi Fondun dəstəyi ilə Türkiyədə də müalicə alıb.

08.01.2023-cü il tarixində pasiyentdən götürülən analizin nəticəsində COVID-19 aşkarlandığı üçün ağır vəziyyətdə Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub. Həkimlərin səyinə baxmayaraq, o, 11.01.2023-cü il tarixində vəfat edib".


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin