<

NASA-dan tarixi kəşf! – “İkinci Dünya” tapıldı

13:04 - 12 Yanvar 2023

NASA-dan tarixi kəşf! – “İkinci Dünya” tapıldı

Kosmik tədqiqatlar 2023-cü ilə sürətlə daxil olub. NASA-nın kosmosdakı yeni gözü Ceyms Uebb ilk planetini tapıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, NASA-nın 10 milyard dollar xərclədiyi James Webb Kosmik Teleskopu (JWST) ilk kəşfini edib.

JWST Yerə çox bənzəyən bir planet kəşf edib.

Sözügedən planetin 41 işıq ili uzaqda olduğu açıqlanıb.

Alimlər rəsmi olaraq “LHS 475 b” adını verdikləri planetin atmosferi ilə bağlı araşdırmalar aparmağa başlayıb.

Yerin diametrinin 99 faizini təşkil edən planetin atmosferinin olub-olmadığı hələlik məlum deyil.

Hesablamalar göstərir ki, planet yaşayış üçün əlverişlidir.

Manşet.az


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin