Türkiyə ilə bağlı açıqlamalarım səhv başa düşüldü - İsveçin baş naziri

11:46 - 12 Yanvar 2023

Türkiyə ilə bağlı açıqlamalarım səhv başa düşüldü - İsveçin baş naziri

İsveçin baş naziri Ulf Kristersson, ölkəsinin Türkiyənin NATO-ya üzvlüklə bağlı tələblərini "qarşılaya bilmədiklərini" ifadələrinin "yanlış anlaşıldığını" bildirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, terrorla mübarizə qanunlarını gücləndirdiklərini deyən İsveç baş naziri Türkiyə ilə NATO-ya tam üzvlük müraciəti ilə bağlı danışıqların “çox yaxşı getdiyini” açıqlayıb.

Kristersson açıqlamasında, “Türkiyə terrordan ən çox əziyyət çəkən ölkələrdən biridir və xüsusilə terrorla mübarizədə söz verdiyimizi tam şəkildə yerinə yetiririk. Türkiyə bəzən İsveçdən ekstradisiyasını istədiyi şəxslərin adlarını verir. Məlumdur ki, bu məsələ ilə bağlı İsveç qanunvericiliyi çox aydındır: bu qərarları məhkəmələr verir, hökumətin bunu dəyişməsinə yer yoxdur" - deyib.

Manşet.az


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin