ABŞ-dan Çinə qarşı daha bir addım atılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ Yaponiyanın Okinava şəhərində yeni dəniz alayını yerləşdirəcəyini açıqlayıb.
Bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib. Amerikalı nazir yaponiyalı həmkarı ilə görüşdükdən sonra deyib:
“12-ci Artilleriya Alayının Yaponiyada qalmasına və 2025-ci ilə qədər 12-ci Dəniz Sahil Alayı olaraq yenidən təşkil edilməsinə qərar verdik. O, bu yeni qurumu cari və gələcək təhlükə mühitləri ilə bağlı qabaqcıl kəşfiyyat və müşahidə imkanları ilə təchiz edəcək”.
Manşet.az