<

“Bu, sülh sazişinin müzakirə edilməsinə mane oldu” - Zaxarova

11:13 - 12 Yanvar 2023

“Bu, sülh sazişinin müzakirə edilməsinə mane oldu” - Zaxarova

“Rəsmi İrəvanın eyni bir məsələ ilə bağlı açıqlamaları ciddi şəkildə fərqləndiyi bir zamanda Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Xatırlatmaq istəyirəm ki, 2022-ci il dekabrın 23-ü Moskvada sülh sazişi ilə bağlı Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında görüş planlaşdırılırdı. İki ölkənin liderləri buna razılıq vermişdilər. Görüşün keçirilməsi üçün hər şey hazırlanmışdı. Lakin Ermənistan rəhbərliyi son anda ölkənin XİN rəhbəri Ararat Mirzoyanın səfərini təxirə saldı. Bu, nəinki sülh sazişi məsələsini, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına dair digər məsələləri, o cümlədən Laçın dəhlizi ətrafında vəziyyətin müzakirə edilməsinə mane oldu”, - deyə Zaxarova qeyd edib.

Onun sözlərinə görə, Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh sazişi barədə danışıqların keçirilməsi üçün platforma təqdim etmək barədə təklifi qüvvədə qalır.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-u keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan Azərbaycanla Rusiyanın təklifləri çərçivəsində sülh sazişi imzalamağa hazırdır.


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin