COP29-da tarixi qərar qəbul olundu
24 Noyabr 2024
10:24 - 6 Yanvar 2023
6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.
Azərbaycanda yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, hərtərəfli biliyə, geniş dünyagörüşünə, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət kimi formalaşmaları, cəmiyyətimiz üçün layiqli vətəndaşlar kimi böyümələri daim diqqət mərkəzindədir. Həyat üçün ən vacib şərtlərdən biri olan fiziki tərbiyə, başqa sözlə desək, bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə Azərbaycanda gənc nəslin sağlam böyüməsi ilə yanaşı, həm də kamilləşməsi, zehni, intellektual inkişafı üçün geniş imkanlar yaradılır.
Dövlətimiz bədən tərbiyəsi və idmanı inkişaf etdirməklə böyüməkdə olan gənc nəslin daha sağlam, fiziki cəhətdən güclü, mənən kamil, Vətənini və xalqını sevən gənclər kimi yetişməsinə nail olur. Bu siyasətin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev uşaq və gənclərə daha yüksək səviyyədə dövlət qayğısını təmin etmək, onların fiziki və mənəvi cəhətdən inkişafına nail olmaq məqsədilə, ardıcıl olaraq, bu istiqamətdə mühüm tədbirlər həyata keçirir.
Millət vəkili Cavid Osmanov Manset.az-a açıqlamasında bildirib ki, ölkəmizdə gənclərin fiziki və sağlam böyüməsi ilə bağlı mühüm addımlar atılır:
“Yetişən gənc nəslin həm fiziki, həm də mənəvi baxımdan sağlam böyüməsində idmanın rolu çox mühümdür. Bildiyimiz kimi ölkəmizdə isə dövlət tərəfindən idmanın inkişafına yüksək səviyyədə dəstək verilir. Prezident cənab İlham Əliyevin ölkə idmanına və idmançılarımıza olan yüksək diqqət və qayğısı yetişən gənc nəsildə idmana xüsusi maraq yaradır. Bu gün ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bu baxımdan bölgələrdə yaradılan Olimpiya İdman Komplekslərini xüsusilə qeyd edə bilərik. Belə ki, bu vaxta qədər ölkəmizin ayrı-ayrı bölgələrində 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses hazırda da davam etdirilir. Həmçinin son vaxtlar Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb ki, bu da uşaqlar və gənclər üçün idman qurğularına əlçatanlığı daha geniş şəkildə təmin edir. Bu təcrübənin bütün bölgələrdə də tətbiq edilməsi planlaşdırılır. Bir sözlə deyə bilərik ki, idman dövlətimiz üçün prioritet sahə olaraq ölkəmizin ictimai həyatının önəmli bir hissəsidir. Yaradılan idaman obyetləri və qurğular, həyata keçirilən uğurlu idman siyasəti uşaq və gənclərin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsinə xidmət edir”.
Millət vəkili əlavə edib ki, güclü və fiziki cəhətdən hazırlıqlı olan Azərbaycan gəncliyi 44 günlük Qarabağ döyüşündə düşmənə öz gücünü göstərdi:
“Azərbaycanda gənclər siyasətinin əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan dövlətinin tarixinə nəzər yetirdikdə görmək mümkündür ki, ulu öndərin ölkəmizə rəhbərliyi dövründə ölkə gənclərinə hər zaman xüsusi diqqət və qayğısı olub. Bu siyasət ölkəmizdə müasir dövrün tələblərinə uyğun olaraq davam etdirilir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi gənclər siyasətinin əsas məqsədi sağlam əqidəli, yüksək vətənpərvər ruhlu, milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, müasir elmi biliklərə sahib intellektual gənclərin yetişdirilməsinə nail olmaqdır. Azərbaycanda gənclər siyasətinin uğurlu olduğunu 2020-ci ildə 44 günlük Vətən müharibəsi əyani formada sübut etdi. İkinci Qarabağ müharibəsində iştirak edənlərin böyük əksəriyyəti məhz Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişmiş gənclər idi. Azərbaycanda elm və təhsil, idman, eləcə də mədəniyyət sahəsinə göstərilən diqqət özlüyündə dövlət gənclər siyasətinin tərkib hissəsidir. Ölkə başçısının həyata keçirdiyi uğurlu gənclər siyasəti nəticəsində bundan sonra da Vətənimizə layiq gənc nəsil yetişəcəkdir”.
Cavid Osmanov vurğulayıb ki, Prezident Cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva hər zaman gənclərə xüsusi diqqət və qayğı göstərirlər:
“Yanvarın 9-da ölkənin idman ictimaiyyəti ilə görüşdə iştirak edən idnaçıların böyük əksəriyyəti məhz gənclər idi. Bundan əlavə, ölkə başçısı hər il Gənclər Günü ərəfəsində ölkəmizin müxtəlif sahələrində fərqlənən gənclərlə görüşür, onların gündəlik qayğıları ilə maraqlanır və gənclərə öz tövsiyyələrini verir. Mütəmadi olaraq ölkənin gənc istedadları Prezidentin müvafiq Sərəncamları ilə yüksək təltif və mükafatlara layiq görülürlər. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva davamlı olaraq uşaqlar, yeniyetmə və gənclərlə görüşür, xüsusi qayğıya ehtiyacı olan təbəqəni hər zaman öz şəxsi diqqətində saxlayır, onların inkişafı üçün müvafiq layihələr icra edir.
Ölkəmizdə yeni sahələr olan, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri, bilavasitə tapşırıqları əsasında yaradılan ASAN Xidmət və “DOST” Mərkəzlərini nümunə olaraq qeyd etmək olar. Hansı ki, bu sahələrdə çalışanların böyük əksəriyyəti məhz gənclərdir. Bundan əlavə Yüksəliş müsabiqəsini xüsusilə qeyd etmək lazımdır. Məhz bu layihə nəticəsində hər il müvafiq sayda ölkənin yüksək intellektli gəncləri seçilirlər və onlar davamlı olaraq dövlət, eləcə də özəl sektorda işlə təmin olunurlar. Ölkəmizdə könüllülük fəaliyyətinin institusionallaşması da çox hörmətli Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Bir sözlə, Azərbaycanda həyata keçirilən uşaq və gənclər gənclər siyasəti ölkəmizin gələcək inkişafına xidmət edir”.
Gülçin Nağıyeva
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin