Ukraynanın öz müstəqilliyini elan etməsindən 30 il keçir

20:50 - 23 Avqust 2021

Ukraynanın öz müstəqilliyini elan etməsindən 30 il keçir

Avqustun 24 Ukraynanın öz müstəqilliyini elan etməsindən 30 il keçir. 

Manşet.az xəbər verir ki, dost ölkənin müstəqilliyinin 30-cu ildönümü münasibətilə Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu bu dövlətin imkanları və perspektivlərini, sosial həyatı, həmçinin Ukraynanın müxtəlif sahələrdə əldə etdiyi böyük nailiyyətləri əks etdirən yeni videoçarx təqdim edib.  

 Qeyd edək ki, videoçarx Ukrayna dövlətinin timsalında bütün gənclərə həsr olunub.

Müstəqilliyi ən gözəl yaşda olan Ukrayna bu gün gənclərə əmanətdir.  Hər kəs üçün böyük imkanlar ölkəsi olan Ukrayna ! Xəyallarının ardıyca inamla addımlayan gənc, ağıllı və güclü nəsil üçün ən gözəl torpaq!

 Arzuları müxtəlif, lakin hədəfləri bir olan hər kəsə qucaq açan Ukraynaya, 2021-ci il Tokio Olimpiadasında gümüş medal qazandıran həmyerlimiz Pərviz Nəsibov da, həyatında yeniliklərə yelkən açan kanadalı Skott da artıq uzun zamandır bu gün 30 illiyini qeyd edən Ukrayna ilə birgə gələcəyə doğru irəliləyir.

Əziz Ukrayna, Fəxri Konsulluq “ Ukrayna “ adının bir hissəsi olmaqdan qürur duyur ! 
Əziz Ukrayna Xalqı Müstəqillik Gününüz Mübarək və Daimi Olsun!


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin