Bakı bulvarında dənizdə batan şəxs xilas edildi - FOTO

09:22 - 12 Yanvar 2023

Bakı bulvarında dənizdə batan şəxs xilas edildi - FOTO

Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində 1992-ci il təvəllüdlü Cəfərov Sədi Sahib oğlu dalğıclar tərəfindən xilas edilib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin