<

Qənirə Paşayeva daha bir yüksək vəzifəyə GETDİ

22:51 - 11 Yanvar 2023

Qənirə Paşayeva daha bir yüksək vəzifəyə GETDİ

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Asiya Parlament Assambleyasının (AРA) dörd daimi komitəsindən biri olan Sosial və Mədəniyyət Komitəsinə sədri seçilib.

 

Manset.az xəbər verir ki, bu barədə qardaş Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan AРA-da nümayəndə heyəti ilə ilk dəfə 2020-ci ildən təmsil olunur və o vaxtdan Qənirə Paşayeva Milli Məclisin Asiya Parlament Assambleyasında (AРA) Nümayəndə heyətinin rəhbəridir.

AРA Sosial və Mədəniyyət Komitəsinin Qənirə Paşayevanın sədrliyi ilə növbəti iclası 2023-cü ildə Bakıda keçiriləcək. Bu barədə Q.Paşayevanın irəli sürdüyü təşəbbüs Komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib. Qənirə Paşayeva deyib ki, Azərbaycan Respublikası indiyədək müxtəlif xarakterli beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edib və AРA komitəsinin iclası da yüksək səviyyədə təşkil olunacaq.

Komitənin müzakirə etdyi sənədlərin qərar layihələrinin birində 2023-cü ildə Zəncan şəhərinin Asiyanın Turizm paytaxtı seçilməsinə toxunan Qənirə Paşayeva 2024-cü ildə Şuşanın Asiyanın Turizm paytaxtı elan olunmasını təklif edib. Bu təklif başda Türkiyə Cümhuriyyəti Nümayəndə heyəti olmaqla, bir sıra ölkələrin nümayəndələri tərəfindən dəstəklənib. Həmin məsələ barədə qərar növbəti komitə iclasında qəbul ediləcək.

Qeyd edək ki, Qənirə Paşayeva eyni zamanda Asiya Parlament Assambleyası sədrinin müavini də seçilib.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin