“Yeni hökumətlə əməkdaşlıq uğurlu olacaq” - Prezident

22:34 - 11 Yanvar 2023

“Yeni hökumətlə əməkdaşlıq uğurlu olacaq” - Prezident

Azərbaycan-İtaliya ikitərəfli münasibətləri uğurla inkişaf edir.

 

Manset.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirini qəbul edərkən deyib.

Dövlət başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, özünün İtaliyaya son səfərini məmnunluqla qeyd edib.

Prezident İtaliya Respublikası Nazirlər Şurasının yeni Sədri Ciorcia Meloniyə təbrik məktubu göndərdiyini xatırlayaraq, yeni hökumətin formalaşmasından qısa müddət keçməsinə baxmayaraq, müdafiə naziri səviyyəsində ölkəmizə səfərin həyata keçirilməsinin əlaqələrimizin yaxşı göstəricisi olduğunu qeyd edib və əminliyini bildirib ki, yeni hökumətlə Azərbaycan arasında əməkdaşlıq uğurlu olacaq.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin