İstanbulda törədilən terrorla bağlı ŞOK DETALLAR - FOTO

21:03 - 11 Yanvar 2023

İstanbulda törədilən terrorla bağlı ŞOK DETALLAR - FOTO

Türkiyənin İstanbul şəhərində törədilən terror aktı ilə bağlı yeni detallar üzə çıxıb.

 

Bu barədə manset.az Türkiyə mediasına istinadə xəbər verir.

İstiqlal küçəsində terror aktını planlaşdıran Bilal Həsənin xaricə qaçmasına kömək edən Hazni Shadow Bolqarıstanda tutulub. Terror aktının mərhələli planlaşdırılması bombanı atan terrorçu Ehlem əl-Bəşirin yeni açıqlamaları ilə üzə çıxıb.

13 noyabr 2022-ci ildə 6 nəfərin öldüyü, 80 nəfərin yaralandığı xain terror aktını həyata keçirən qadın terrorçu Ehlem əl-Bəşir verdiyi açıqlamada partlayıcıları Suriyadan Türkiyəyə necə gətirdiyini açıqlayıb.

O, korsetində və alt paltarında partlayıcıları Suriyadan Türkiyəyə apardığını bildirib. Qadın terrorçu ifadəsində Hacı kod adlı terrorçu ilə necə əlaqə saxladığını da açıqlayıb.

Digər tərəfdən, hücumun kritik fiqurlarından biri olan Hazni Qole Bolqarıstanda tutularaq saxlanılıb. Ədirnə üzərindən İstanbula gətirilən terrorçunun ifadələri Bilal Həsənin izinin tapılmasında kritik əhəmiyyət kəsb edir.

Davud



Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin