Azərbaycanda 100 minə yaxın şəxsin maaşı artırıldı - RƏSMİ

20:30 - 11 Yanvar 2023

Azərbaycanda 100 minə yaxın şəxsin maaşı artırıldı - RƏSMİ

"Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, 2023-cü il yanvarın 1-dən etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin aylıq vəzifə (tarif) maaşları artırılıb.

 

Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Əməkhaqqı artımı tibbi və qeyri-tibbi personalı əhatə edəcək.

Qeyd edək ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 97 215 işçi çalışır.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin