Azərbaycanda kişi meyiti tapıldı

20:21 - 11 Yanvar 2023

Azərbaycanda  kişi meyiti tapıldı

Xaçmaz rayonunda kişi meyiti tapılıb.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Şıxlı kəndində qeydə alınıb.

Belə ki, Şıxlı kənd sakini 1987-ci il təvəllüdlü Anar Mübariz oğlu Məstəliyevin özünə məxsus fərdi yaşayış evində meyiti aşkarlanıb.

Onun dəm qazından öldüyü ehtimal edilir.

Meyit müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.(report)


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin