Ülvi Quliyev eynəkdən imtina etdi - Gözlərinə bahalı linza qoydurdu

11:20 - 17 İyun 2021

Ülvi Quliyev eynəkdən imtina etdi - Gözlərinə bahalı linza qoydurdu

Milli Məclisin deputatı Ülvi Quliyev Türkiyədə bahalı əməliyyat keçirib.

Manşet.az-ın əldə etdiyi məlumata görə gözlərində problem yaranan millət vəkili əməliyyatla gözlərinə bahalı linza qoydurub. Əməliyyat İstanbulun məşhur özəl klinikalarından birində baş tutub. Artıq Ülvi Quliyev eynəkdən imtina edib. O həm uzağı, həm də yaxını aydın görə bilir.

Qeyd edək ki, xaricdə nüfuzlu klinikalarda bu tipli əməliyyatların qiyməti təxminən 40-50 min dollar həcmindədir. Linza gözün sarı nöqtəsində istər uzaq, istərsə də yaxın obyektləri aydın olaraq əks etdirilir, bu isə, görmə itililiyi təmin edir.

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin