Məleykə Əsədova: "Bəlkə də pul mənə hamıdan çox lazımdır" - VİDEO

19:06 - 11 Yanvar 2023

Məleykə Əsədova:

"Ömrünü 17 yaşından səhnəyə bağlayan, obrazlarına, müxtəlif insan talelərinə həyat verən, səhnənin Məleykəsinin canlandırdığı obrazların çox qısa bir hissəsindən tamaşaçım kiçik video hazırlayıb. O illərə qayıdıb, xatirələrə daldım... Müsbət xarakterli çox çətin və məsuliyyətli obrazlara həyat verdim. O insan taleləri məni göylərə qaldırdı, bax ele buna görə də hər zaman sənətimə, aktrisa Məleykəyə və səhnəmə, aktyorluq sənətinin ucalığına hörmətlə yanaşıb, "hər necə gəldi" çəkilim deyə, hər obrazı qəbul edə bilmirəm".

 

Manset.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova sosial media hesabında yazıb. Aktrisa seriallara niyə çəkilməməsi ilə bağlı sualları belə cavablandırıb:

"Çox sual verirlər, niyə seriallara çəkilmirsiniz? Bəli, mən də çəkilmək istəyirəm, bəlkə də pul mənə hamıdan çox lazımdır, yalnız aktyorluq sənətimi çox sevdiyim, səhnədəki möhtəşəm obrazları ürəkdən yaradan və hər bir obraza ürəyimin bütün damarlarındakı axan qanımı axıtdığım, günahsız ürəyimi zəiflətdiyim üçün necə gəldi çəkilə bilmirəm. Təklif edən rejisorlara da təşəkkür edirəm. Bu haqda çox danışmaq istəmirəm. Bəli, tam yoxdur demirəm, amma inanıram ki, nə vaxtsa əsil sənət və sənətkarlara layiq filmlər və seriallar çəkiləcək! Bunun üçün də tək rejisor və yaxud aktyorla olmur: bunun üçün ilk maliyyə və filmin düzgün truppası lazımdır. Çox inanıram, Azərbaycan incəsənətinin istedadlı nümayəndələrinə".


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin