<

DYP bu şəxslərə müraciət etdi

18:56 - 11 Yanvar 2023

DYP bu şəxslərə müraciət etdi

DYP valideynlərə və sürücülərə müraciət edib.

 

Manset.az xəbər verir ki, müraciətdə qeyd olunur:

"Əziz valideynlər uşaqlarımızın yollarda arzuolunmaz hadisələrlə üzləşməməsi, həyatımızı həsr etdiyimiz doğmalarımızın bədbəxt hadisənin qurbanına çevrilməməsi üçün bir daha sizlərə müraciət edirik.

Azyaşlı övladlarınızı nəzarətsiz qoymayın. Onlara yeraltı və yerüstü, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə zamanı ehtiyatlı olmaları barədə məlumatlandırın, yol hərəkəti qaydaları haqda bilik və vərdişlərin aşılanmasında fəal iştirak edin.

Eyni zamanda, bütün sürücülərdən xahiş edirik ki, yollarda diqqətli olsunlar, nəzərə alsınlar ki, bir insanın xəsarət alması və ya həyatını itirməsi cəmiyyətimiz üçün çox böyük bir faciə olmaqla yanaşı, onu törədən şəxsin də ömürlük peşmançılıq yaşamasına səbəb olur".


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin