Azərbaycanda bu yolda hərəkət çətinləşib - FOTO

14:38 - 11 Yanvar 2023

Azərbaycanda bu yolda hərəkət çətinləşib - FOTO

Güclü qar səbəbindən Şəmkir-Gədəbəy avtomobil yolunda hərəkət çətinləşib.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu səbəbdən yol təsərrüfatı işçiləri ərazilərə səfərbər olunub.

Avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək üçün yollarda müvafiq tədbirlər görülür.

Şəmkir-Gədəbəy avtomobil yolunda həmçinin, Şəmkir-Kür qəsəbəsi, Şəmkir-Tatarlı və Şəmkir-Yeni Göyçə və Şəmkir şəhər avtomobil yollarında nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək üçün yollara duz qarışıq qum səpilib. Hazırda bu işlər davam etdirilir. Anoloji işlər Bakı-Qazax magistral yolunun Qərb bölgəsindən keçən hissələrində də görülür.

Yolların buzlanması səbəbindən Şəmkir rayonu ərazisində 2 yol-nəqliyyat hadisəsi qeydə alınıb, xəsarət alanlar olub.

Qeyd edək ki, Şəmkir rayonunda əhalinin elektrik enerjisi və təbii qazla təchizatında isə problemlər müşahidə olunmayıb. Yalnız bəzi ucqar dağ kəndlərində elektrik enerjisinin verilişində qısa fasilələr yaranıb.

Görülən tədbirlər nəticəsində həmin ərazilərdə işığın verilişi bərpa olunub.

Hazırda bölgədə qarlı və şaxtalı hava şəraiti müşahidə olunur.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin