<

Hava XƏBƏRDARLIĞI: Yanvarın 13-dən...

14:07 - 11 Yanvar 2023

Hava XƏBƏRDARLIĞI: Yanvarın 13-dən...

“Yanvarın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu bir qədər də yüksələrək gündüz 3-5 dərəcə isti olacaq”.

 

Manset.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

O xatırladıb ki, Bakıda və Abşeron yarımadasında bu gün axşama doğru qarın tədricən kəsiləcəyi gözlənilir:

“Sabah gün ərzində hava əsasən yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək, havanın temperaturu gündüz 1-3 dərəcə isti olacaq. Rayonlara gəldikdə, bölgələrdə də yanvarın 12-dən başlayaraq qərb rayonlarında yağıntılar tədricən kəsiləcək”.

A.Verdiyev vurğulayıb ki, yanvarın 14-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir:

“Havanın temperaturu yanvarın 12-si gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda isə 5-10 dərəcə şaxta olacaq. Ayın 13-14-də isə rayonlarda gündüz 0-5 dərəcə isti, dağlarda isə gündüz 5-10 dərəcə şaxta olacaq”.


Xəbər xətti

30 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin