Yunanıstanın sonuncu kralı II Konstantin 82 yaşında vəfat edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bir müddətdir səhhətində ciddi problemlər olan və son günlərində Kovid-19 ilə mübarizə aparan Konstantinos ötən gecə dünyasını dəyişib.
İkinci Konstantin 1964-cü ildən Yunanıstanda referendumla monarxiyanın ləğv edildiyi 1973-cü ilə qədər "Yunanıstan kralı" titulunu daşıyıb.
Manşet.az