<

Vasif Talıbovun qaynanası nə zaman işdən çıxarılıb? - Rəsmi AÇIQLAMA

12:45 - 11 Yanvar 2023

Vasif Talıbovun qaynanası nə zaman işdən çıxarılıb? - Rəsmi AÇIQLAMA

Bu günlərdə sosial şəbəkələrdə Naxçıvan MR Ali Məclisnin keçmiş sədri Vasif Talıbovun qayınanasının işdən çıxarıldığı barədə məlumatlar yayılıb. Onun məhz Vasif Talıbova görə işdən çıxarıldığı bildirilib.

 

Manset.az məsələ ilə bağlı açıqlama alıb. Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin (VVADQ) hazırkı müdiri Leyla Camaləbəyova saytımıza bildirib ki, Sənufər Sultanova bir neçə il bundan qabaq işdən çıxıb.

 

“Hazırda Naxçıvanın Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şöbəsinin (VVADQ) müdiri mənəm. Mən 2020-ci ildəm bura rəhbərlik edirəm. Məndən qabaq da burda müdir yox idi vəzifə icra edilirdi. Sənufər xanım uzun illər bura rəhbərlik edib, ancaq Sənufər Sultanova çoxdan işdən çıxıb. Onun son hadisələrlə və Vasif Talıbovla əlaqəsi yoxdur.”

Əli Vəliyev

Manşet.az

 


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin