<

Dünyanın ən böyük ralli marafonunda qəza ölümlə nəticələndi - VİDEO

11:28 - 11 Yanvar 2023

Dünyanın ən böyük ralli marafonunda qəza ölümlə nəticələndi - VİDEO

Səudiyyə Ərəbistanında baş tutan Dakar marafonunda ölüm hadisəsi baş verib. 

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, yük maşınlarının yarışına başçılıq edən çexiyalı Aleş Loprays italiyalı fotoqrafın ölümünə səbəb olub. Fotoqraf uğurlu və effektiv kadr çəkməkdən ötrü düzgün yer seçməyib və nəticədə “Praga” markalı yük maşınının altında qalıb. 

Kadrlardan da göründüyü kimi, fotoqraf hadisədən dərhal sonra şok effektində ayağa qalxır. Lakin sonra müvazinətini itirərək yenidən yıxılır. O, helikopterlə hospitala çatdırılarkən yolda dünyasını dəyişib. 

Qaydalara görə, sürücü yarışdan kənarlaşdırıla bilər. Müvafiq qərarı hakimlər bu gün açıqlayacaqlar.


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin