Almaniya əfqan qaçqınlarla bağlı 100 milyon avro yardım ayırdı

19:55 - 23 Avqust 2021

Almaniya əfqan qaçqınlarla bağlı 100 milyon avro yardım ayırdı

Almaniya qonşu ölkələrdə əfqan qaçqınlara kömək edəcək beynəlxalq təşkilatlara təcili maliyyə yardımı məqsədilə 100 milyon avro vəsait ayırıb.

Manşet.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Hayko Maas məlumat verib. Onun sözlərinə görə, rəsmi Berlin sərhədi keçən və Almaniyaya mühacirət üçün əsasları olan qaçqınların alman səfirliklərinə müraciət imkanı üçün  Əfqanıstanla qonşu olan dövlətlərlə danışıqlara başlayıb.

“Bu barədə mən artıq Özbəkistan, Pakistan, Tacikistan və Hindistandan olan həmkarlarımla danışıqlar aparmışam”, - deyə Maas bildirib. Qafqazinfo


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin