Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış etdi
20 Aprel 2024
11:14 - 11 Yanvar 2023
İran 3 fərqli cinayətdə mühakimə olunan belçikalıya 40 il cəza verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İranda mühakimə olunan Belçika vətəndaşının “casusluq, çirkli pulların yuyulması və valyuta qaçaqmalçılığı” ittihamı ilə 40 illik həbs cəzası iki ölkə arasında böhrana səbəb olub. İranın Brüsseldəki səfiri Hüseyn Dehqanini Xarici İşlər Nazirliyinə çağıran Belçika hökuməti qərara sərt reaksiya verib.
Belçikanın xarici işlər naziri Hadja Lahbib mövzu ilə bağlı verdiyi açıqlamada, İranın Belçika vətəndaşına qarşı irəli sürülən ittihamlar və ya onun mühakiməsi ilə bağlı məlumat paylaşmadığını, İran səfirinin isə nazirliyə çağırıldığını bildirib. Lahbib Belçikanın öz vətəndaşının əsassız həbsini pislədiyini və onun azad edilməsi üçün lazımi təşəbbüsləri davam etdirdiyini bildirib.
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin