<

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir

09:52 - 11 Yanvar 2023

Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu ştat rejimində işləyir, Bakıya uçuşlar qrafikə uyğun həyata keçirilir.

 

Bu barədə Manset.az-a hava limanından bildirilib.

Məlumata görə, aeroportda uçuş-enmə zolaqlarının, sükanlama yollarının və təyyarələrin buzlanmaya qarşı maye ilə təmizlənməsi üçün mütəmadi bütün zəruri işlər aparılır. Hava gəmilərinə və sərnişinlərə xidmət də qrafik üzrə həyata keçirilir.


Xəbər xətti

8 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin