Yardımlıda avtomobil dərəyə aşdı: Yaralanan var

09:43 - 11 Yanvar 2023

Yardımlıda avtomobil dərəyə aşdı: Yaralanan var

Yardımlı rayonunda qarlı hava şəraiti qəzaya səbəb olub.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, 1983-cü il təvəllüdlü Kərimov Yusif Səlimsan oğlu sürdüyü avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək dərəyə aşıb.

Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin