Uşağa siqaret çəkdirən yaxın qohumu CƏZALANDIRILDI - RƏSMİ (VİDEO)

09:34 - 11 Yanvar 2023

Uşağa siqaret çəkdirən yaxın qohumu CƏZALANDIRILDI - RƏSMİ (VİDEO)

Daxili İşlər Nazirliyi bir neçə gün öncə sosial şəbəkələrdə yayılmış azyaşlının siqaret çəkməsinə dair videogörüntüləri araşdırıb.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Manset.az-a açıqlamasında bildirib ki, polis əməkdaşları tərəfindən həmin görüntülərin Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənov tərəfindən çəkilməsi müəyyən edilib.

Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin