Azərbaycanlı idmançı qonaq getdiyi yerdə avtobusla vuruldu - FOTO

19:28 - 23 Avqust 2021

Azərbaycanlı idmançı qonaq getdiyi yerdə avtobusla vuruldu - FOTO

Dünən Zərdabda piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası olub. Rüfət Zaur oğlu Məmmədov adlı yeniyetmə aldığı xəsarətlərdən dünyasını dəyişib.

Manşet.az xəbər verir ki, məsələ ilə bağlı müəyyən məlumatlar əldə edilib..

Rüfət Məmmədov 17-18 yaşlarında olub. Əvvəllər Zərdab rayonunda yaşayan ailə üç il olar ki, Mingəçevir şəhərinə köçübmüş.

O, Zərdaba baba-nənəsigilə gəlib. Velosipedlə axşamüstü yola çıxıb. Həmin vaxt Ağcabədi istiqamətində işləyən “İkarus” avtobusu onu vurub. Yeniyetmə yerindəcə keçinib.

Qeyd edək ki, Rüfət Məmmədov valideynləri ilə Zərdabda yaşadığı vaxt 3-4 il idmanın cüdo növü ilə məşğul olub. Zona yarışında beşinci olmuş R.Məmmədov 2014-cü ildə Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş açıq İmişli rayon birinciliyində medal qazanıb.

 

oxu.az


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin