Ukraynada əsgərin bədənindən qumbara çıxarıldı - FOTO

21:13 - 10 Yanvar 2023

Ukraynada əsgərin bədənindən qumbara çıxarıldı - FOTO

Ukraynada əsgərin ürəyinə yaxın yerdən VOG qumbarası aşkar edildikdən sonra edilən əməliyyat uğurlu alınıb.

 

Manset.az xəbər verir ki, Rusiya raketləri ilə məhv edilən Ukraynada çətin şəraitdə bir çox əməliyyatlar həyata keçirilib. Son əməliyyat Ukrayna əsgərinin ürəyinə yaxın ərazidən partlamamış VOQ qumbarasının çıxarılması olub.

Bomba hər an partlaya bildiyi üçün təcili əməliyyatı Ukrayna Silahlı Qüvvələrinin ən təcrübəli cərrahlarından biri olan Andriy Verba həyata keçirib. Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar cərrahi müdaxilənin uğurlu keçdiyini və əsgərin müalicə olunduğunu bildirib.

Qumbaranın əsgərin bədəninə necə girməsi ilə bağlı heç bir açıqlama verilməyib.

Davud


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az