İlham Əliyev Praqa görüşünün detallarını açıqladı: "Səhər saat 5-də..."

20:09 - 10 Yanvar 2023

İlham Əliyev Praqa görüşünün detallarını açıqladı:

Prezident İlham Əliyev bu gün yerli telekanallara müsahibə zamanı Praqa görüşünün detalları barədə danışıb.

 

Manset.az xəbər verir ki, dövlət başçısı görüşün iki hissədən ibarət olduğunu diqqətə çatdırıb.

Azərbaycan lideri bildirib ki, ikinci görüş Bakı vaxtı ilə səhər saat 5-də başa çatıb.

“Bir an özüm-özümə dedim ki, sanki burada Ermənistan-Fransa komandası bir tərəfdədir, biz isə başqa tərəfdə. Şarl Mişel də hakimdir. Çünki Ermənistan tərəfi üçün çətin olan anlarda kənara çəkilib pıçıltı ilə cükküldəşirdilər. Bu, açıq-aşkar görünürdü” -dövlət başçısı deyib.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin