<

Baş Prokurorluqda yeni TƏYİNATLAR

19:21 - 10 Yanvar 2023

Baş Prokurorluqda yeni TƏYİNATLAR

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni təyinat olub.

 

Manset.az xəbər verir ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən Ucar rayon prokurorunun köməkçisi Aysel Həsənova bu vəzifəyə təyinat alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat təsdiq edilib.

Qeyd edək ki, Aysel Həsənova ilə yanaşı 5 nəfər qadın əməkdaş da vəzifədə irəli çəkilərək Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin müvafiq şöbələrində prokuror vəzifələrinə təyin olunub.

Ümumiyyətlə, prokurorluq orqanlarında son vaxlar bir sıra xanım əməkdaş vəzifələrində irəli çəkilib. 2020-ci ilin may ayından hazırkı vaxtadək 41 nəfər qadın əməkdaş vəzifədə irəli çəkilib, onlardan 9 nəfər rəhbər vəzifələrdə çalışır.


Xəbər xətti

28 Yanvar 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin