Azərbaycanın məşhur Xalq artisti vəfat etdi - FOTO
26 Noyabr 2024
19:15 - 23 Avqust 2021
Bəy toy günündə hamını çaşdıracaq və təəccüblərə səbəb olacaq bir sürprizə əl atdı. Belə ki, bəy toy günündə qeyri-adi bir toy karvanı düzənlədi.
Ekskvatorçu olan bəy Okan 11 ekskvatordan ibarət toy karvanı ilə gəlinin arxasınca gedib. Bu qeyri-adi toy karvanını görənlərin hamısının təəccübünə və marağına səbəb olub. Toy karvanını görənlər öz telefonlarına sarılaraq, bu möhtəşəm və qeyri adi toy karvanını videoaya alıb.
Manşet.az xəbər verir ki, hadisə Manisanın Akhisar qəsəbəsində baş verib. Belə ki, 27 yaşlı ekskvatorçu Okan Uslu 22 yaşlı nişanlısı Sinemin arxasınca gedərkən 11 ekskvatordan ibarət karvan hazırlayıb.
Bəy və gəlin ekskvator karvanının müşaiyəti ilə bir saat qəsəbədə dolaşıb. Hadisəni görənlər təəccüblənməklə yanaşı maraqlarına səbəb olub. İzləyənlər bu qeyri-adi hadisəni alqışlayıb və gənclərə öz dəstəklərini veriblər.
Gəlin Sinem nişanlısı Okanın bu sürprizindən məmnun qaldığını və ömrü boyu unudulmaz bir gün yaşatdığını qeyd edib. Ətrafdan keçənlər toy karvanı ilə fotolar çəkdirib. Bir saatdan sonra bəylə gəlin rəqs etdikdən sonra toy şənliyinin keçirildiyi mərasim zalına yollanıblar.
Ölkə.Az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin