Moskvada güclü YANĞIN: Qonşu binalara keçmək təhlükəsi var - VİDEO

17:06 - 10 Yanvar 2023

Moskvada güclü YANĞIN: Qonşu binalara keçmək təhlükəsi var - VİDEO

Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində güclü yanğın başlayıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, şahidlər sosial şəbəkələrdə hadisə yerindən görüntülər paylaşırlar.

Yanğın Dobrolyubov keçidində baş verib. Bəzi məlumatlara görə, birmərtəbəli avtoservis binası yanır. Bəzi xəbərlərdə isə anbarların alov tutduğu bildirilir.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub, xəsarət alanlar barədə məlumat yoxdur.

Həmçinin fövqəladə xidmətdən bildirilib ki, yanğın beş dərəcəlik şkala üzrə üçüncü mürəkkəblik dərəcəsinə malikdir.

Təhlükəsizlik səbəbilə insanlar təxliyə olunurlar.

Yanğının qonşu binalara keçmək təhlükəsi var. 


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin