<

Şahzadə Harrinin mübahisəli memuar kitabı "Ehtiyat" satışa çıxarıldı

16:25 - 10 Yanvar 2023

Şahzadə Harrinin mübahisəli memuar kitabı

Britaniya kral ailəsindən ayrılaraq ABŞ-da məskunlaşan Sasseks hersoqu Şahzadə Harrinin qalmaqallı xatirə kitabı "Spare" rəflərdə yerini alıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərənin paytaxtı Londonda bəzi kitab mağazaları Şahzadə Harrinin kitabı satışa çıxdıqdan sonra tələbatı ödəmək üçün gecə yarısı açılıb.

Kitabı ilk alanlardan olmaq istəyənlər kitab mağazasında növbəyə düzülüb.

Böyük Britaniyanın “Waterstones” kitab mağazası şəbəkəsi Şahzadə Harrinin kitabının “10 il ərzində ən çox sifariş edilən kitablardan biri” olduğunu bildirib.

İngilis dilindən başqa 15 dildə nəşr olunan kitaba bütün dünyada böyük tələbat var.

Şahzadə Harrinin səbirsizliklə gözlənilən xatirə kitabı 10 yanvar tarixindən əvvəl İspaniyada "səhvən" satışa çıxdıqdan sonra kitabın bəzi hissələri gündəmə çevrildi.

Manşet.az


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin