Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar etdi
25 Aprel 2024
16:17 - 10 Yanvar 2023
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün keçirilən doqquzuncu sessiyasında Azərbaycan Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dövlət qurumlarına tapşırıqlar verib.
Manset.az report-a istinadən xəbər verir ki, bunu Ali Məclisin deputatı Ehtimad Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
O söyləyib ki, Prezident İlham Əliyev çox iradəli şəkildə Zəngəzur dəhlizinin açılması üçün mühüm addımlar atır: "Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli də çıxışında Naxçıvan Muxtar Respublikasındakı bütün idarə, müəssisə və təşkilatların bu istiqamətdə fəaliyyətini gücləndirilməsi barədə tapşırıq verdi".
Xatırladaq ki, sessiyada 2022-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunub, Naxçıvan Muxtar Respublikasının 2023-cü il üzrə dövlət büdcəsi, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun büdcələri təsdiqlənib.
Qeyd edək ki, ötən ilin dekabrın 22-də isə Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunub.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin