Vüqar Qurbanovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

15:12 - 10 Yanvar 2023

Vüqar Qurbanovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub.

 

Bu barədə Manset.az-a qurumun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Pərvin Əkbərov müşavir təyin olunub. O, təyinatınadək Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, Pərvin Əkbərov Tusi Memorial Klinikasında şöbə müdiri, Koreya Şərq təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri, Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. O, 2015-2017-ci illərdə Gəncə Reabilitasiya Mərkəzində tibbi direktor, 2011-2022-ci illər ərzində Azərbaycan Respublikası Milli Karate Federasiyasının həkimi, eləcə də Gəncə Beynəlxalq Xəstəxanasında şöbə müdiri kimi fəaliyyət göstərib.

TƏBİB-də yeni təyinat


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin