<

2022-ci ilin ən yaxşı hakimi

14:22 - 10 Yanvar 2023

2022-ci ilin ən yaxşı hakimi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ilin ən yaxşı hakiminin adını açıqlayıb.

 

Manset.az Qol.az-a istinadən xəbər verir ki, İFFHS keçirdiyi səsverməyə əsasən polşalı referi Şimon Marçinyak dünyanın ən yaxşı ədalət təmsilçisi seçilib. O, 150 xal toplayıb.

İtaliyalı Daniele Orsato 65 xalla ikinci yeri tutub. Fransalı Kleman Turpin 40 xalla ilk üçlüyü qapayıb.

Xatırladaq ki, Marçinyak DÇ-2022-nin finalında Argentina – Fransa matçını idarə edib.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin