<

82 yaşlı müharibə veteranı TikTok sayəsində təqaüdə çıxdı - FOTO

14:38 - 10 Yanvar 2023

82 yaşlı müharibə veteranı TikTok sayəsində təqaüdə çıxdı - FOTO

Amerikada supermarketdə işləyən 82 yaşlı müharibə veteranı TikTok sosial media platforması sayəsində təqaüdə çıxıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ-da nəhəng supermarket olan Walmart-da işləyən 82 yaşlı müharibə veteranı Warren Marion üçün dünyanın ən çox istifadə edilən sosial media platforması olan TikTok-da olanlar hərəkətə keçib.

TikTok-da 300.000-ə yaxın izləyicisi olan Rori Makkarti Marionun təqaüdə çıxması üçün kampaniyaya başlayıb və veteranla video çəkdirib. Dekabr ayında ikilinin videosu 3 milyon dəfədən çox izlənilib.

Makkarti, Marion üçün başladığı kampaniyanın məqsədinin "onu istədiyini etməyə məcbur etmək" olduğunu bildirib. O, TikTok-da gördüyü oxşar hekayədən ilhamlandığını söyləyib. Bu hekayədə də Walmart-ın yaşlı bir işçisi geniş şəkildə paylaşılan video və sonradan yığılan pul sayəsində işini tərk edəcək qədər imkanlı olub.

Kampaniya uğurla nəticələnib. Makkarti müəyyən edilmiş məbləğə bir neçə gün ərzində çatıb.

Keçən həftə, 82 yaşlı Marion, xəbərdarlıq müddətini başa vurduqdan sonra işdəki son günündən təqaüdə çıxıb.

Veteran bu pulla evinin ödənişlərini ödəyəcəyini və Floridadakı övladlarına baş çəkəcəyini bildirib. O, hadisə ilə bağlı fikirlərini belə izah edib:

"Sizə deyə bilərəm ki, Allah gəncliyimdə etdiklərimə görə mənə xeyir-dua verdi".



Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin