İmran Xanla bağlı QƏRAR VERİLDİ

13:55 - 10 Yanvar 2023

İmran Xanla bağlı QƏRAR VERİLDİ

Pakistanda Seçki Komissiyası keçmiş baş nazir İmran Xanın komissiyanı təhqir etdiyinə görə "girov müqabilində azadlığa buraxılmağa imkan verən həbs qərarı" verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həbs qərarı İmran Xan, həmçinin Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) baş katibi Əsəd Ömər və PTI-nin vitse-prezidenti Çaudri Fəvad Hüseyn haqqında verilib.

PTİ-nin vitse-prezidenti Hüseyn Twitter-dəki paylaşımında məhkəmənin yanvarın 17-də keçiriləcəyini və bu gün qərar verilməsinin qaydaların pozulması olduğunu bildirərək qərara sərt reaksiya verib.

Hüseyn qərara qarşı məhkəməyə müraciət edəcəyini açıqlayıb.

PTI hüquqşünası Babar Avan Seçki Komissiyasının İmran Xana qarşı kampaniya apardığını və onu birtəhər aradan qaldırmağa çalışdığını, lakin bunu edə bilməyəcəklərini bildirib.

Seçki Komissiyası İmran Xan və onun iki həmkarından yanvarın 17-də keçiriləcək məhkəmə üçün hazır olmalarını istəyib.

Manşet.az


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin