<

Bukingem Sarayı işçi axtarır – ŞOK MAAŞ

13:30 - 10 Yanvar 2023

Bukingem Sarayı işçi axtarır – ŞOK MAAŞ

Britaniya kral ailəsi internet üzərindən ildə 34 min funt sterlinqə (70 331 AZN) helikopter operatorları axtarmağa başlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bukingem Sarayından verilən iş elanında Kral III Çarlzın və digər kral üzvlərinin təhlükəsiz səyahət edə bilməsini təmin etmək üçün helikopter əməliyyatları üzrə həftədə orta hesabla 37,5 saat çalışacaq pilot axtarıldığı bildirilib. Kralın uçuş heyətinin bir hissəsi olacaq pilot kral helikopterlərinin hərəkətinə nəzarət edəcək və onların təhlükəsizliyinə cavabdeh olacaq.

Uğurlu namizədlər üçün təşkilatçılıq və idarəetmə təcrübəsi, eləcə də aviasiya sahəsində təcrübə tələb olunur.

Manşet.az


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin